Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-yə cərimə protokolu yazılıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, MMC barəsində müvqafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Süleyman Ağayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
