“Kəpəz”dən Barış Şimşəyə etiraz – VİDEObackend

“Kəpəz”dən Barış Şimşəyə etiraz - VİDEO

“Kəpəz” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Səbail”ə uduzduqları oyunda hakim idarəçiliyindən narazı qalıb.

KONKRET.az xəbər verir ki, Gəncə təmsilçisinin mətbuat xidmətinin yaydığı bəyanatda bunlar qeyd olunub:

“Verilən qərarlarla BARIŞmırıq! “Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı. Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi. 48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı”.

Qeyd edək ki, görüş bölgə klubunun 1:4 hesablı məğlubiyyəti ilə bitib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*