Kərəcdə uşaqlara türkcə kitablar paylanıldı – FOTObackend

Kərəcdə uşaqlara türkcə kitablar paylanıldı - FOTO

Yeni dərs ilinin başlanmasına az qalmış sentyabrın 19-də Kərəc şəhərində kitab aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, milli-mədəni fəallar uşaqlar arasında türk dilində nəşr olunan kitablar hədiyə edilib.

Məktəb yaşlı uşaqlara “Yağış”, “Evlər”, “Uşaqlar bağçası”, “Firəngiz ilə qırmızı don”, “Yalqız Qu quş” və digər kitablar paylanıb.

Uşaq nağıllarından ibarət türkcə kitablar tanınmış ziyali və türk dili fəalı Əkbər Azad tərəfindən hazırlanıb və nəşr olunub.

Bundan öncə son 10 gün içində oxşar aksiya Təbriz, Tehran, Urmu, Qoşaçay, Sulduz, Makı və başqa şəhərlərdə də həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*