Kərəm Həsənov Bakının mərkəzində ticarət mərkəzi tikdirir – FOTObackend

Kərəm Həsənov Bakının mərkəzində ticarət mərkəzi tikdirir - FOTO

Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov yeni biznes mərkəzi tikdirir.

KONKRET.az-ın xəbərinə görə, K.Həsənov özünə yaxın tikinti şirkətləri vasitəsi ilə Bakı şəhərinin Heydər Əliyev prospektində böyük bir biznes mərkəzinin tikintisinə başlayıb. Verilən məlumata görə, dəyəri yüz milyondan çox olan bu mərkəz paytaxtda fəaliyyət göstərən biznes mərkəzlərin ən böyüyü olacaq.

Qeyd edək ki, Bakıda Kərəm Həsənova məxsus böyük obyektlər də fəaliyyət göstərir. Belə ki, Dalğa Plaza, Baxçasaray Şadlıq Sarayı, “Bakı Mall”, “Tarqovı”da Bakı Ticarət Mərkəzi Kərəm Həsənova məxsusdur. Bu obyektlərin idarə olunması oğlu Ceyhun Həsənov tərəfindən həyata keçirilir.

Onu da nəzərə çatdıraq ki, K.Həsənov 10 il Əmlak Komitəsinin sədri vəzifəsində çalışıb.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*