Ketrin Kolonna: “Rusiya Cənubi Qafqazda arbitr rolunu oynaya bilmir”backend

Ketrin Kolonna: "Rusiya Cənubi Qafqazda arbitr rolunu oynaya bilmir"

“Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, “Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində baş verən hadisələr Rusiyanın 2020-ci il müharibəsindən sonra müstəsna olaraq iddia etdiyi arbitr kimi çıxış edə bilmədiyini ortaya qoydu”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Lragir.am-da dərc edilən anatilik materialda bildirilir.

Məqalədə daha sonra yazılır:

“Qərbin Qafqaz regionuna müdaxiləsinin fəallaşması kontekstində Rusiyanın “arbitraj bacarıqsızlığı” ortaya çıxıb. BMT Təhlükəsizlik Şurasının üzvü Fransa da bu barədə danışır. Bu məsələdə fransalı nazirin sözləri xüsusi çəkiyə malikdir”.

Yazıda xüsusi olaraq vurğulanır ki, 13-14 sentyabrda Ermənistan-Azərbaycan arasında son qarşıdurma BMT-də məhz Fransanın səyi nəticəsində müzakirələrə çıxarılıb: “Beləliklə, fransalı nazirin sözləri Rusiyaya qarşı birbaşa ittiham kimi səslənir. Əks halda, Rusiya öz arbitrajını inkişaf etdirmək üçün BMT Təhlükəsizlik Şurasının platformasından istifadə edər və əksinə onu pozmazdı.

Bu, beynəlxalq səviyyədə Rusiyaya qarşı ilk ittihamdır. Çətin ki, Fransanın və digər dövlətlərin Rusiyanın Ermənistana qarşı əsl məqsəd və planlarından xəbəri olmasın, burada Moskva arbitr deyil, bu planların məhz müəllifidir. Rusiya sentyabrın 13-14-də təcavüzə əl atmaqla bu planların həyata keçirilməsini sürətləndirdi. Rusiyanın Ukrayna cəbhəsindəki uğursuzluqları fonunda onlar daha da sürətləndi, baxmayaraq ki, məqsəd dəyişməyib – Rusiya Federasiyası Qafqazdan çıxdıqdan sonra Ermənistan olmamalıdır.

Rusiyayönlü siyasətçilər, qərbyönlü “şapkalı” rus agentləri və sadəcə faydalı axmaqlar “Qərb bizə kömək edə bilməz, ancaq Rusiyanı sıxışdırmaq istəyir, Ermənistanın alternativi yoxdur” tezisləri ilə güclü kampaniyaya başladılar. Məqsəd aydındır və bütün bunlar Rusiya-Türkiyə planlarından irəli gəlir.

Qərb kömək etsə də, etməsə də, imkan olsa da, olmasa da, bu müzakirələr Ermənistanın öz gündəmini formalaşdırmaq, beynəlxalq rola müraciət etmək müstəvisində getməlidir. Şanslar və imkanlar var və indiki vəziyyətdə, qəribə də olsa, bunun üçün xüsusilə əlverişli şərait yaranıb. Yardım, dəstək, tərəfdaşlıq o zaman mümkündür ki, beynəlxalq siyasətə və reallıqlara adekvat olsun.

Ermənilər özlərini nə qədər dəyərsiz saysalar da, tək qalmaq arzusunda olsalar da, Qərbin müdaxiləsinin güclənməsi təbii ki, Ermənistanın potensial rolu və faktoru ilə bağlıdır. Siyasi düşüncə və adekvatlıq buradadır, real şanslar da buradadır. Amma bu, demaqogiya və hesablaşmalar üçün mövzu deyil”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*