Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı dörd ay ərzində ilk dəfə ictimaiyyət qarşısında görünüb. KONKRET.az xəbər verir ki, bu barədə Daily Mail yazır.

Li Sol Ju bu həftə həyat yoldaşını Kimqansan dağına gedərkən müşayiət edib. Orada Cənubi Koreya tərəfi ilə birlikdə inşa edilən kurorta baxıb və Seul tərəfdən inşa edilən obyektlərin bəzilərinin sökülməsini əmr edib.
Bundan əvvəl Li Sol Ju iyunun 20 və 21-də Çin prezidenti Si Tszinpinin Pxenyana səfər etdiyi zaman ekranlarda görünmüşdü.
