Kimlər gəldi, kimlər getdi – ƏLİ ƏSƏDOVUN SƏLƏFLƏRİbackend

Kimlər gəldi, kimlər getdi - ƏLİ ƏSƏDOVUN SƏLƏFLƏRİ

Bu gün Nazirlər Kabinetinin başçısı təyin olunan Əli Əsədov Azərbaycanın 27-ci Baş Naziri kimi tarixə düşdü.

KONKRET.az xəbər verir ki, bir müddət bu vəzifə Xalq Komissarları Sovetinin Sədri, daha sonra Nazirlər Sovetinin Sədri adlanıb.

Aşağıda sizə təqdim edəcəyimiz cədvəldən də göründüyü kimi bu kresloda ən çox Artur Rəsi-Zadə oturub. Onun toplam hakimiyyəti 7853 gün (1996-2018-ci illər, yəni kiçik fasilə ilə 22 il) olub. Ən “qısamüddətli” Baş Nazir Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu Baş Naziri Məmmədhəsən Hacınski sayılır. 1920-ci il martın 30-da Baş Nazir təyin olunan Hacınski 29 gündən sonra bu postu Nəriman Nərimanova təhvil verib.

Adı Səlahiyyətlərin başlanğıcı Səlahiyyətlərin sonu Günlər
Azərbaycan Xalq Cümhuriyyəti
1 Fətəli xan Xoyski (1875-1920) 28.05.1918 14.04.1919 321
2 Nəsib bəy Yusifbəyli (1881-1920) 28.05.1919 30.03.1920 307
3 Məmmədhəsən Hacınski (1875-1931) 30.03.1920 28.04.1920 29
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası
4 Nəriman Nərimanov (1870-1925) 28.04.1920 06.05.1922 738
5 Qəzənfər Musabəyov (1888-1938) 06.05.1922 14.03.1930 2869
6 Dadaş Bünyadzadə (1888-1938) 14.03.1930 23.10.1932 954
7 Mir Cəfər Bağırov (1896-1956) 23.10.1932 12.12.1933 415
Azərbaycan Sovet Sosialist Respublikası
8 Hüseyn Rəhmanov (1902-1937) 12.12.1933 22.08.1937 1349
9 Teymur Quliyev(1888-1965) 13.11.1937 06.04.1953 5623
10 Mir Cəfər Bağırov (1896-1956) 06.04.1953 20.07.1953 105
11 Teymur Quliyev(1888-1965) 20.07.1953 01.03.1954 224
12 Sadıq Rəhimov (1914-1975) 01.03.1954 08.07.1958 1590
13 Vəli Axundov (1916-1986) 08.07.1958 10.07.1959 1828
14 Məmməd İsgəndərov (1915-1985) 10.07.1959 29.12.1961 903
15 Ənvər Əlixanov (1917-1992) 29.12.1961 10.04.1970 3024
16 Əli İbrahimov (1913-1985) 10.04.1970 22.01.1981 3920
17 Həsən Seyidov (1932-2004) 22.01.1981 27.01.1989 2927
18 Ayaz Mütəllibov (1938-) 27.01.1989 26.01.1990 364
19 Həsən Həsənov (1940-) 26.01.1990 07.02.1991 377
Azərbaycan Respublikası
20 Həsən Həsənov (1940-) 07.02.1991 04.04.1992 421
21 Firuz Mustafayev 04.04.1992 14.05.1992 40
22 Rəhim Hüseynov (1936-) 14.05.1992 30.01.1993 261
23 Əli Məsimov (1953-) 05.02.1993 28.04.1993 82
24 Pənah Hüseyn (1957-) 28.04.1993 30.06.1993 63
25 Surət Hüseynov (1959-) 30.06.1993 07.10.1994 464
26 Fuad Quliyev (1941-) 07.10.1994 20.07.1996 652
27 Artur Rasi-zadə (1935-) 20.07.1996 04.08.2003 2571
28 İlham Əliyev (1961-) 04.08.2003 04.11.2003 92
29 Artur Rasi-zadə (1935-) 04.11.2003 21.04.2018 5282
30 Novruz Məmmədov (1947-) 21.04.2018 08.10.2019 534
31 Əli Əsədov (1956-) 08.10.2019

KONKRET.az Beynəlxalq Araşdırmalar Qrupu

Bir cavab yazın