Kir Starmer deputatlıqdan imtina edirbackend

Kir Starmer deputatlıqdan imtina edir

Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmer ölkə parlamentinin deputatı səlahiyyətlərindən imtina etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Starmer İcmalar Palatasında Londonun Holborn və Sent-Pankras dairəsini təmsil edir. O, vəzifəsindən getdikdən sonra həmin dairədə əlavə seçkilərin keçirilməsi planlaşdırılır.

Leyboristlər Partiyasından namizədlərin seçim qrafikinin yaxın həftələrdə ictimaiyyətə açıqlanacağı gözlənilir. Starmerin sözlərinə görə, bu yay hökumət rəhbəri postunu tərk etdikdən sonra gələcək planlarını nəzərdən keçirib və artıq estafeti xələfinə ötürməyə hazırdır.

“Ölkənin ən yaxşı seçki dairəsini təmsil etmək və bu dairədən möhtəşəm deputat olmuş, həmçinin sonuncu leyborist hökumətinin üzvü Frenk Dobsondan estafeti təhvil almaq mənim üçün böyük şərəf və imtiyaz idi”, – deyə Starmer vurğulayıb.

Parlament karyerasını bitirdikdən sonra o, diqqətini beynəlxalq gündəmə yönəltmək niyyətindədir. Starmer onu maraqlandıran sahələr sırasına müdafiə, təhlükəsizlik, ticarət və texnologiyaları aid edib.

Xatırladaq ki, Starmer iyunun 22-də istefa verdiyini elan etdikdən sonra Böyük Britaniyanın baş naziri postunu tərk etmişdi. Vəzifədən getməzdən əvvəl o, İcmalar Palatasında vida nitqi ilə çıxış edərək siyasi karyerasının başa çatdığını bildirmişdi. Leyboristlər Partiyasının yeni lideri isə sonradan Britaniya hökumətinə rəhbərlik edən Endi Börnhem olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*