Rusiyanın “Kişi dövləti” təşkilatının lideri Vladislav Pozdnyakov Azərbaycanla sərhəddə tutulmadığını etiraf edib.
KONKRET.az xəbər verir ki, o, saxlanılması ilə bağlı hekayəni özünün uydurduğunu bildirib. Pozdnyakov niyə belə bir hekayə uydurduğunu açıqlamayıb.
Qeyd edək ki, bundan öncə Pozdnyakovun Azərbaycanla sərhəddə saxlanması barədə Teleqramda məlumat yayılmışdı. Rusiya Federal Təhlükəsizlik Xidməti Pozdnyakovu saxlamadığını açıqlamış, onun Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması haqda hər hansı məlumatın olmadığını da bildirmişdi.
“Kişi dövləti” təşkilatı Rusiyada qadınlara və seksual azlıqlara hücumları ilə məşhurdur.
