Kişi millimiz uduzub medal şansını itirdi, qadın yığmamızdan növbəti qələbəbackend

Kişi millimiz uduzub medal şansını itirdi, qadın yığmamızdan növbəti qələbə

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları arasında Avropa çempionatında VIII tur başa çatıb.

KONKRET.AZ oxu.az-a istinadən xəbər verir ki, kişi millimiz bu gün Ermənistan millisi ilə qarşılaşıb.

Komandamız prinsipial görüşdə 1,5:2,5 hesabı ilə məğlub olub.

Şəhriyar Məmmədyarov bu dəfə də ənənəsinə sadiq qalaraq Levon Aronyanla ağ fiqurlarla heç-heçə edib.

Arkadi Naydiç və Qədir Hüseynov da sülhə imza atıb. Lakin dördüncü lövhədə Eltac Səfərlinin məğlubiyyəti komandamızın uduzmasına səbəb olub.

Bununla da doqquz xalı olan komandamız 12-ci sıraya düşüb və sona bir tur qalmış medal qazanmaq şansını itirib.

Qadın millimiz isə Fransadan üstün olub – 2,5:1,5.

Günay Məmmədzadə və Gülnar Məmmədovanın qələbələri komandamızın iki xal qazanmasında böyük rol oynayıb. Xanım Balacayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva Fransanı təmsil edən Almira Skripçenkoya uduzub.

Qadın millimiz xalını 12-yə yüksəltsə də, yenə 3-cü sırada qalıb.

Sona bir tur qalmış məğlubedilməz Rusiya 14 xalla 1-cidirsə, meydan sahibi Gürcüstan 13 xalla 2-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*