“Tez-tez şampan içən kişilər uşaqsız qala bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə cərrah Alexander Umnov deyib.
NEWS.ru-ya verdiyi açıqlamasında o, kişi sonsuzluğunun səbəblərindən biri kimi məşhur spirtli içkinin adını çəkib.
Umnov izah edib ki, şampan damarların degenerasiyasına və cinsiyyət orqanlarında zəif dövriyyəyə gətirib çıxarır.
Daha əvvəl Umnov xəbərdarlıq etmişdi ki, tez-tez pivə içmək iktidarsızlığa gətirib çıxarır. Onun sözlərinə görə, içkinin tərkibində ağır metal duzları olduğuna görə kişi potensialı və sağlamlığı üçün zərərlidir.
Burhan,
KONKRET.az