Kişinin birinci arvadı ikincinin evinə od vurdu – Bakıdakı yanğının səbəbi – VİDEObackend

Kişinin birinci arvadı ikincinin evinə od vurdu – Bakıdakı yanğının səbəbi - VİDEO

Bakıda ötən gecə hündürmərtəbəli binada baş verən yanğının səbəbi bəlli olub.

KONKRET.AZ bildirir ki, əldə edilən məlumata görə Cəlil Məmmədquluzadə küçəsi 998 ünvanında yerləşən binanın 10-cu mərtəbəsində yanğın baş verib. Hadisə nəticəsində 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Əldə etdiyimiz xəbərdə bildirilir ki, hadisənin baş verməsinə səbəb ailə münaqişəsi olub. Belə ki, Emin adlı şəxs həmin binada ikinci həyat yoldaşı ilə yaşayır. Ötən gecə həmin şəxsin birinci həyat yoldaşı binaya daxil olaraq mənzilə qalxıb. Orada baş verən qarşıdurma zamanı birinci həyat yoldaşı mənzilə od vurub. Bu zaman otaqda azyaşlı uşaqların da olduğu bildirilir.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Təqdim etdiyimiz videoda Eminin birinci həyat yoldaşının binaya daxil olması əks edilir.

yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*