KİV: “Britaniya Rusiyadan neft almağa davam edir”backend

KİV: "Britaniya Rusiyadan neft almağa davam edir"

Böyük Britaniya tədarükün dayandırılmasına baxmayaraq, Rusiya neftini almağa davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.

Bildirilib ki, fevralın sonundan bəri 200 milyon funt sterlinq dəyərində Rusiya nefti daşıyan 39 tanker Britaniya limanlarına gəlib.

Xüsusilə, iyun və iyul aylarında Rusiyadan Böyük Britaniyaya neft tədarükü 80 milyon funt sterlinq həcmində qiymətləndirilib. Rəsmi hesabatlar isə Britaniyanın bu dövr ərzində ümumiyyətlə Rusiyadan neft almadığını göstərir.

Ümumilikdə, mart ayından bəri Böyük Britaniyaya tədarük edilən Rusiya neftinin ümumi həcmi 778 milyon funt sterlinq səviyyəsində qiymətləndirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*