Kiyev merindən sakinlərə XƏBƏRDARLIQbackend

Kiyev merindən sakinlərə XƏBƏRDARLIQ

1 mart tarixindən etibarən Ukraynanın paytaxtı Kiyevdə alkoqollu içkilərin satışı qadağan ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

“Sabahdan etibarən paytaxtda spirtli içkilərin satışı qəti qadağan ediləcək. Tamamən. Mağaza və aptek şəbəkələrinin sahiblərinə xüsusi səslənirəm. Vəziyyətdən sui-istifadə edərək müharibə zamanı ərzaq, zəruri malların, dərman vasitələrinin qiymətlərinin qaldırılması talançılıqdan yaxşı deyil”, – mer bildirib.

Vitali Kliçko həmçinin xatırladıb ki, komendant saatı zamanı şəhərdə buraxılış vərəqəsi olmadan hərəkət edən mülki şəxslər düşmən təxribat qruplarının üzvü sayılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*