Klimkin: Rusiya Belarusu “udacaq”backend

Klimkin: Rusiya Belarusu "udacaq"

Rusiya Ukraynanı üç tərəfdən mühasirəyə almaq istəyir.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin öz məqaləsində yazıb.

O bildirib ki, Rusiya Belarusu “udmağa” hazırlaşır. Klimkin bu günlərdə Kremldə baş tutan Vladimir Putin və Aleksandr Lukaşenko görüşündən sonra belə nəticəyə gəlib:

“Lukaşenko özü üçün nə isə “oynaya”, “bazarlıq” edə bilər. Lakin bunlar Putinin strategiyasına təsir etməz. Bu günlərdə başlayan “Qərb -2021” Rusiyanın Ukraynanı üç tərəfdən mühasirəyə almaq istəyini göstərir. Bu, mənbələrimizi səpələyəcək, ona görə də təhlükəyə qarşı yeni cavab tapmaq gərəkdir: NATO ilə həmrəylik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*