“Rusiya ilə KTMT-nin Azərbaycana və Türkiyəyə təsir rıçaqları xeyli zəifləyib. KTMT-nin heç bir təsir imkanları yoxdur”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.
O, çıxışında Ərdoğanı tərifləyib:
“Ərdoğan milli maraqların müdafiəsi ilə bağlı ustad dərsi keçir”.
Koçaryan qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyatlara başlayacağını düşünmək sadəcə absurddur.
İqbal Rzayev,
KONKRET.az
