Bu günlərdə bütün ermənilər Köçəriyandı. Onlar üçün daşınmaz əmlak anlayışı yoxdur. Amma bu evin sakini nisbətən ağıllı tərpənərək bünövrəli ev tikməyib. Qara ürəyinə ağ damıb ki, o Ağdamda qalıcı deyil. Və bir gün gələcək şələ-küləsini yığıb unitazı qoltuğunda gəldiyi yerə qayıdacaq. Haram torpaqlarda qidalanmağın sonu, cənnətdən, cənnətimizdən qovulmaq idi. 30 ildir torpaqlarımıza burnunu soxmuş düşmənə yerini barıt qoxusu göstərdi. Yoxsa belə bir masada oturanlarla danışmağın nə faydası olardı. Ailəyə dövlətin kiçik modeli kimi baxsaq mənzərə tamamlanacaq. Ermənistan bugün can və yol üstündədi. Biz Qarabağdan çıxanda evlərimizin açarlarını götürmüşdük, onlar isə qapıları söküb aparırlar.
Başa düşürlər ki, bu evin qapısı daha heç vaxt Qarabağa açılmayacaq.Realtv.az
