“Nazirlər Kabineti yaşı 10-u ötmüş minik avtomobillərinin Azərbaycana gətirilməsini məhdudlaşdırıb. Qərar 29 apreldən qüvvəyə minəcək”.
KONKRET.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Əkrəm Həsənov facebook səhifəsində paylaşıb.
O, bildirib ki, adəti üzrə hökumət qərarını çox savadsız tərtib edib:
“Belə ki,
1) “Avotomobilin gətirilməsi” ifadəsi qeyri-müəyyəndir. Lüğəti mənada “gətirilmə” başqa nəqliyyat vasitəsindən istifadəni ehtiva edir. Bəzi avtomobillər doğrudan da yük qismində gətirilir. Amma xeyli hissəsini sahibi sürərək ölkəyə daxil edir. Qərar sonunculara da aiddirmi? Aiddirsə, artıq ölkədə olan avomobillə sahibi xaricə çıxarsa, geri dönə bilməyəcək?
2) Bu günədək xaricdən avtomobil almaq üçün ödəniş etmiş, lakin avtomobili ölkəyə 29 apreldən sonra daxil olacaq şəxslərin vəziyyəti necə olacaq? Puları batacaq?
3) Eyni sual 29 aprelədək ödəniş edənlərə də aiddir. Çünki qərar hələ qüvvəyə minməyib. Deməli, xaricdən yaşlı avtomobil alaraq indidən pulunu ödəmək olar.
Görürsünüz, sadə bir məsələdir, amma nə qədər sual yaranır. Çünki hökumətdə savadlı kadrlar çox azdır. Qlamur oğlanlar hara, normal sənəd hazırlamaq hara…”, – deyə Əkrəm Həsənov qeyd edib.

KONKRET.az
