Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldıbackend

Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu təyinat alıb.

KONKRET.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*