Konstantin Ter-Nakalyan İrəvanda vəhşicəsinə döyüldü – Hadisələr nəzarətdən çıxırbackend

Konstantin Ter-Nakalyan İrəvanda vəhşicəsinə döyüldü - Hadisələr nəzarətdən çıxır

Ermənistanın “Adekvad” müxalifət partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan ölkənin baş nazirinin mövqeyi ətrafında yaranan mübahisəyə görə naməlum şəxslərin hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

“Konstantin Ter-Nakalyan hücuma məruz qaldı. İki naməlum şəxs Nikol Paşinyanın mövqeyini müdafiə edərək küçədə onunla münaqişə yaratdı. Onun üzünə və ayağına soyuq silahla zərbələr endirilib”, – hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbukdakı səhifəsində bildirib.

Onun sözlərinə görə, hücuma görə məsuliyyət vətəndaş toqquşmalarını başlayan Paşinyanın üzərinə düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*