Müğənni Könül Kərimova “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib.
KONKRET.az-ın xəbərinə görə, hakim Vəfa Əzizovanın sədrliyi ilə araşdırılacaq işin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdir. (Pravda.az)