Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandıbackend

Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandı

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

“Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Ağciyər göstəricilərində az müsbət dinamika izlənilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*