Koronavirus iranlı həkimləri 2 milyard dollar mənfəətdən məhrum edib.
KONKRET.az xəbər verir ki, bunu İranın Tibbi Turizm Assosiasiyasının rəhbəri Hüseyn Neykunam deyib. O bildirib ki, pandemiya ümumilikdə ölkə üzrə tibbi turizm sektoruna 75% təsir edib, bu da İranda tibbi turistlərin sayının nə qədər azaldığını göstərir.
Təkcə pandemiyanın birinci ilində koronavirus bu turizm sektoruna 1 milyard dollara qədər ziyan vurub və ikinci ilin də başa çatdığını nəzərə alsaq, bu məbləğ iki dəfə artıq hesablanmalıdır.
Koronavirus pandemiyası nəticəsində iki il ərzində təkcə Xorasan Rəzəvi əyalətində (şiə müsəlmanların ziyarət mərkəzi) yaranan itkilərin məbləği hazırda 300 milyon dollar qiymətləndirilir.
“Koronavirus iranlı həkimləri 2 milyard dollar mənfəətdən məhrum edib”, – deyə Neykunam qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az