“Koronavirus pandemiyasına qarşı uzun illər mübarizə aparmalı olacağıq”backend

"Koronavirus pandemiyasına qarşı uzun illər mübarizə aparmalı olacağıq"

Dünya koronavirus pandemiyasına qarşı uzun illər mübarizə aparmalı olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan deyib.

“COVID-19 ilə mübarizədə əldə etdiyimiz irəliləyişə baxmayaraq, hələ də pandemiya ilə mübarizə aparmaq o qədər də asan deyil. Bunun bir çox səbəbləri var. İnsanlar bütün dünyada koronavirus xəstəliyinə yoluxur və virusun yayılmasının qarşısını almaq həmişə mümkün olmur. İstehsal olunan peyvəndlərin həcmi pandemiyaya birdəfəlik son qoymaq üçün yetərli olmaya bilər”, – ekspert brifinqdə bildirib.

Eyni zamanda mütəxəssis koronavirusa qarşı tədbirlərin əbəs olmadığını vurğulayıb, çünki hər gün onların sayəsində bir çox insan sağ qalır. O, bəşəriyyət tarixində uzun illər davam edən pandemiyaların olduğunu da xatırladıb. Bu vəziyyətdə gənclər də xəstəliyə məruz qalacaqlar, çünki yetkin əhali xəstəlikdən immunitet qazanacaq.

“Bu və ya digər xəstəliyin endemik və sistemli olma riski həmişə var. Buna bənzər nümunələr gördük. Bəşəriyyət tarixində biz yalnız çiçək xəstəliyini məğlub edə bildik, lakin bu günə qədər, məsələn, poliomielit və qızılca xəstəliyini aradan qaldıra bilməmişik”, – Rayan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*