Türkiyədə koronavirus xəstəsi olan prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən sosial şəbəkə istifadəçiləri ilə bağlı araşdırma başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Ərdoğan rəsmi Twitter səhifəsində xəstəliyin yüngül olduğunu və evdən işləməyə mane olmadığını, həyat yoldaşı ilə birlikdə vəziyyətinin yaxşı olduğunu yazıb.
Yazının altında bir neçə təhqiramiz şərhlər yer alıb.
Prokurorluq həmin şəxslərə qarşı cinayət işi açıb və araşdırmalara başlayıb. Hazırda 8 nəfər təxribat xarakterli və təhqiramiz məzmun yaymaqda ittiham olunaraq saxlanılıb, 4 nəfər həbs edilib.
Xatırladaq ki, Ərdoğan fevralın 5-də sosial şəbəkələrdə onun və həyat yoldaşının koronavirusun “omikron” ştamına yoluxduğunu açıqlayıb. Dövlət başçısı Ukrayna səfərindən qayıdarkən testdən keçib.
Xuraman Etibarlı,
KONKRET.az
