Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenkonun vəziyyəti kəskin pisləşib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sabiq Prezidentin həyat yoldaşı Marina Poroşenko bildirib.
Sabiq prezident hazırda xəstəxanada koronavirusdan müalicə olunur.
Həkimlər onda ikitərəfli ağciyər iltihabı aşkar edib.
Qeyd olunur ki, onunla bərabər koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmiş qızının vəziyyəti yüngüldür.
Xatırladaq ki, Pyotr Poroşenkonun sentyabrın sonunda koronavirusa yoluxduğu elan edilmişdi.
