Koronavirusa yoluxan xəstə çağrısına gedən təcili tibbi yardım briqadası hücuma məruz qaldıbackend

Koronavirusa yoluxan xəstə çağrısına gedən təcili tibbi yardım briqadası hücuma məruz qaldı

İstanbulda yeni növ koronavirus şübhəlisi olan xəstəni qəbul etməyə gedən təcili tibbi yardım maşını naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, həmin şəxs 112 xidmət işçilərinə şübhəli xəstənin kimliyi ilə bağlı sual verib. Həkimlərdən cavab almayan şəxs təcili tibbi yardım maşınının önünü kəsərək, şüşələrini qırıb.

Dərhal ərazidən uzaqlaşan xidmət işçiləri yaxınlıqdakı polis idarəsinə gedərək şikayətlərini bildirib. Maşında olan koronavirus şübhəli xəstə isə digər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca hücuma məruz qalan tibbi işçiləri ilə əlaqə saxlayıb. O, tibbi heyətə səbirli olmağı tövsiyə edib.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*