Koronavirusa yoluxanların hamısında immunitet əmələ gəlmir – ALİMLƏRbackend

Koronavirusa yoluxanların hamısında immunitet əmələ gəlmir – ALİMLƏR

Koronavirusa tutulanlarda virusa qarşı davamlı immunitet üçün antitel əmələ gəlmir.

KONKRET.az xəbər verir ki, Çin alimləri xəstələr üzərində apardıqları tədqiqatın sonunda bu nəticəyə gəliblər ki, 7-9% pasiyentlərdə koronavirusa qarşı immunitet yaranmayıb.

İş ondadır ki, xəstələr öz zülalları sayəsində koronavirusla mübarizə aparır. Bu barədə Meyson Biologiya Universitetinin professoru Ança Baranova bildirib.

“171 nəfər koronaviruslu xəstə sağalandan dərhal sonra antitel testi aparılıb. Onların 12 nəfərində heç bir antitel aşkarlanmayıb.
Yəni 8% xəstə virusdan antitel hesabına yox, interferon cavab ilə yaxa qurtarıb”. Bu o deməkdir ki. orqanizm antitel hasil edə bilməyib və ya gücü çatmayıb.
Koronavirusu ağır keçirmiş xəstələin 15-20%-də çox az və zəif antitel aşkar olunub.
Medicina.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*