Koronavirusa yoluxanların sayı 2 milyonu ötdü – ƏTRAFLIbackend

Koronavirusa yoluxanların sayı 2 milyonu ötdü - ƏTRAFLI

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 2 milyon insanı ötüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Worldometers nəşri yayıb.

Mənbə bildirir ki, koronavirus 185 ölkədə tapılıb.

Xəstələrin dörddə birindən çoxu (614 min) ABŞ-dadır. İspaniyada – 174 min, İtaliyada – 162.4 min, Fransada – 143.3 min, Almaniyada – 132.2 min, Böyük Britaniyada – 93.8, Çinda – 82.2 min nəfərdir.

Türkiyədə 65 111 nəfər yoluxub, 1 403 nəfər ölüb. İranda isə 74 877 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 683 nəfər pandemiyanın qurbanı olub.

Dünyada 126 mindən çox insan koronavirusdan ölüb, təxminən 484 min xəstə sağalıb.

ABŞ-da Nyu York ştatı infeksiyanın mərkəzidir, orada təxminən 8 min nəfər yoluxub.

Koronavirus xəstəliyi ilk dəfə 2019-cu ilin sonlarında Çinin Wuhan şəhərində ortaya çıxıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı insanların yeni bir koronavirus COVID-19 pandemiyasına yoluxduğunu elan edib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*