Çində koronavirusun ilk dəfə baş qaldırdığı və yayıldığı Vuhan şəhərində təhsil alarkən xəstəliyə yoluxan 39 yaşındakı fələstinli Məhəmməd Əbu Namus uzun müddət idi ki, fərqli-fərqli müalicələr alırdı.
KONKRET.az xəbər verir ki, Məhəmməd Əbu Namus artıq sağalıb. Anadolu Ajansına açıqlama verən Əbu Namus insanları panika və qorxudan uzaq qalmağa çağırıb:
“Həkimlər mənə 4 istiqamətli müalicə metodu tətbiq etdilər. Dərman preparatlarıyla yanaşı eyni zamanda psixoloji dəstək, idman və sağlam qidalanma ilə müalicə olundum. Mediada yayılan xəbərlərdən və şayiələrdən uzaq qaldım. Qəti halda psixologiyamı sarsıdacaq məlumatlara, hadisələrə əhəmiyyət vermədim. 19 fevral-5 mart tarixləri ərzində müalicəmi aldıqdan sonra tamamilə sağalaraq karantinə alındım”, – deyə o, bildirib.
Fələstinli Məhəmməd həmçinin əlavə edib ki, uzun müalicə müddəti keçdiyinə görə sağaldığı ilk günlər yorğunluq və halsızlıq hissi olunurdu, amma indi çox yaxşıdır. Və ümid edir ki, bir daha o günlər geri qayıtmayacaq. Bütün insanları məsuliyyətli olmağa dəvət edən Məhəmməd ”Tez-tez Allaha dua etməyi unutmayın və virusla bağlı özünüzü stressə salmayın. Allaha təvəkkül edin”, – deyə qeyd edib.
Fəqan Muxtar
KONKRET.az
