Koronavirusu yayanlar barədə ölüm hökmü çıxarılacaq – QƏRARbackend

Koronavirusu yayanlar barədə ölüm hökmü çıxarılacaq - QƏRAR

İndi Çində edam cəzası təkcə korrupsiya üçün deyil, həm də tibbi saxta malların istehsalı və satışı üçün də tətbiq olunacaq. Bu barədə Pekin Xalq Məhkəməsi məlumat yayıb. Ölümlə cəzalandırılacaq cinayətlərin siyahısına həkimlərə ciddi ziyan vurmaq və digər insanlara koronavirusla zərərli yoluxma da daxildir.

KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, karantini pozan və ya müalicədən imtina edən xəstələr bu cür hökmə məruz qala bilər. Xəstəliyi yayanlar bu baxımdan maksimum cəza ilə qarşılaşacaqlar.

Çində indi pula da karantin qoyulub. Mərkəzi Bank bazara əlavə olaraq 600 milyard yuan yeni əskinas buraxıb və indi istifadə olunanlar 14 günə qədər dezinfeksiya və karantinə keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*