Koronavirusun yayıldığı bazardan dəhşətli görüntülər – FOTO – VİDEObackend

Koronavirusun yayıldığı bazardan dəhşətli görüntülər – FOTO - VİDEO

Çinin Vuhan şəhərindən yayılmağa başlayan təhlükəli koronavirusun keçdiyi ehtimal edilən heyvan bazarından dəhşətli görüntülər paylaşılıb.

KONKRET.AZ xəbər verir ki, Çinin tibb işçiləri koronavirusun ilan və yarasadan yayıldığını ehtimal edirlər.

Bu cür canlıların satıldığı yerlərdən biri də Çinin məşhur Huanan bazarıdır. Həmin bazardan paylaşılan görüntülərdə it, yarasa, qarışqayeyən, tülkü, siçan, koala, ilan, pişik və digər heyvanlar və natəmizlik müşahidə edilir.

Verilən məlumatlara görə, son vaxtlar bəhs edilən bazarda qanunsuz satışlar da çoxalmışdı. Bu bazarın əsas xüsusiyyətlərindən biri də bir çox heyvanın canlı saxlanmasıdır. Müştərilər bura gəlib istədiyi heyvanı kəsdirir və evlərinə aparırlar. Heç bir gigiyenik qaydalara əməl edilməyən bazardan görüntüləri təqdim edirik.

Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*