Kosmik hava proqnozu açıqlanıb: Mayın 18-24-nə diqqətbackend

Kosmik hava proqnozu açıqlanıb: Mayın 18-24-nə diqqət

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, rəsədxanadan bildirilib ki, Günəş fəallığı nisbətən zəifləyib. Əsasən C sinifli alışmalar qeydə alınıb, ən güclü alışma isə 4445 ləkə regionunda baş verən M1.9 sinifli alışma olub. Alışmalarla əlaqədar tac kütlə atılmaları və radioemissiyalar müşahidə edilib.

Hazırda Günəş səthində 7 ləkə qrupunda 86 ləkə və tac dəlikləri qeydə alınır. Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, proton seli isə fon səviyyəsində olub.

Günəş küləyinin maksimal sürəti saniyədə 823 kilometrə çatıb.

Mayın 18-24-də C sinifli alışmaların ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 40 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faiz qiymətləndirilir.

Mayın 19-20-də elektron selinin orta və yüksək səviyyədə qalacağı, proton selinin isə fon səviyyəsində olacağı gözlənilir. Günəş küləyinin sürətinin normadan yüksək qalacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*