Koxalskini ehtiyatda qaldıbackend

Koxalskini ehtiyatda qaldı

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” klubunu qəbul edir.

KONKRET.az xəbər verir ki, Bakıda baş tutacaq matçda diqqətçəkən məqam “Köhlən atlar”ın start heyətində təcrübəli qapıçı Mateuş Koxalskinin yer almamasıdır.

Belə ki, bugünkü qarşılaşmada Ağdam təmsilçisinin çərçivəsini Martin Zlomisliç qoruyacaq.

Polşalı qolkiperin ehtiyatda qalmasına səbəb kimi onun ÇSKA və “Dinamo” ilə keçirilən ilk matçlarda zəif təsir bağışlaması göstərilir.

Qeyd edək ki, matç saat 20:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*