Kral Qvardiyasının əsgəri II Elizabetin tabutu qarşısında yıxıldı – VİDEObackend

Kral Qvardiyasının əsgəri II Elizabetin tabutu qarşısında yıxıldı - VİDEO

Sentyabrın 15-nə keçən gecə Böyük Britaniya Kral Qvardiyasının əməkdaşı Vestminster sarayında keçirilən xalqla vida mərasimi zamanı Kraliça II Elizabetin tabutu yanında vəzifəsini yerinə yetirərkən huşunu itirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Belə ki, yayımlanan kadrlarda podiumda dayanan mühafizəçinin kürsüdən üzü aşağı yıxıldığı görünür.

Daha sonra polis əməkdaşları onun yanına qaçır və yas mərasiminin yayımı kəsilir.

Qeyd edək ki, Böyük Britaniya Kral Qvardiyasının əməkdaşları rəsmi tədbirlər zamanı mütəmadi olaraq huşunu itirirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*