Kraliçanın ölümündən sonra daha bir ölkə müstəqil olmaq istəyirbackend

Kraliçanın ölümündən sonra daha bir ölkə müstəqil olmaq istəyir

Böyük Britaniya Kraliçası II Elizabetin ölümündən sonra karib hövzəsi ölkəsi Antiqua Barbuda müstəqil olmaq istəyir.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Antiqua Barbudanın Baş naziri Qaston Braun respublikaya keçidlə bağlı referendumun 3 il ərzində keçirilə biləcəyini bildirib.

Baş nazir bu açıqlamaları Kral III Çarlzın dövlət başçısı olduğunu təsdiqləyən mərasimdən sonra verib.

Braun yenidən seçiləcəyi təqdirdə bu referendumun baş tutacağını bildirib. Amma Baş nazir bu istiqamətdə ictimaiyyətdən böyük tələbat gözləmədiyini də etiraf edib.

Qeyd edək ki, Kraliçanın ölümündən sonra oxşar müzakirələr Avstraliya və Şotlandiyada da yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*