Kraliça Elizabeti “müstəmləkəçi” adlandıran senatorun andı qəbul edilmədi – VİDEObackend

Kraliça Elizabeti "müstəmləkəçi" adlandıran senatorun andı qəbul edilmədi - VİDEO

Avstraliya Yaşıllar Partiyasının senatoru Lidiya Torp parlamentdə and içərkən Kraliça II Yelizavetanı müstəmləkəçi adlandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra digər senatorlar Torpun sədaqət andını düzgün oxumadığı təqdirdə senator ola bilməyəcəyini bildiriblər.

Parlamentin sədri Sue Lines senatorun sözünü kəsərək, “Andın mətnini kağızda yazıldığı kimi oxumalısınız”, -deyib.

Torp xəbərdarlıqdan sonra andı yenidən oxuyub.

Qeyd edək ki, Avstraliyalı senator keçən ay ölkəsini “müstəmləkə layihəsi” adlandırıb və milli bayrağın onu təmsil etmədiyini deyib.

İqbal Rzayev, 

KONKRET.az 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*