Kraliça II Yelizaveta nəvəsinin “yeni həyat” qurmaq istəyini dəstəklədibackend

Kraliça II Yelizaveta nəvəsinin "yeni həyat" qurmaq istəyini dəstəklədi

Böyük Britaniya Kraliçası II Yelizaveta şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın kral ailəsinin böyük üzvlərinin statusundan və onu müşayiət edən vəzifələrdən imtina edərək yeni bir həyata başlamaq qərarı dəstəkləyib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bukinqem Sarayının yaydığı açıqlamada deyilir.

“Bu gün mənim ailəmdə nəvəmin və onun ailəsinin gələcəyi ilə bağlı çox konstruktiv bir müzakirə aparılıb. Ailəm və mən Harri və Meqanın gənc bir ailə olaraq yeni bir həyat qurmaq istəklərini tamamilə dəstəkləyirik. Hərçənd ki, mən və ailəm onların kral ailəsinin üzvlərinin öhdəliklərinin icrasını davam etdirmələrini çox istərdik, ancaq onların müstəqil həyat yaşayaraq sərbəst bir ailə kimi qalmaq istəklərini hörmətlə anlayırıq – deyə II Yelizaveta bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*