Kreml Ağ Evi hansı addımından çəkindirəcək – Professordan AÇIQLAMAbackend

Kreml Ağ Evi hansı addımından çəkindirəcək – Professordan AÇIQLAMA

“Bayden inauqurasiya mərasimində çıxışı zamanı heç bir beynəlxalq məsələlərə toxunmadı, yalnız Birləşmiş Ştatların daxili siyasəti barədə danışdı. Amma tarixdən də məlumdur ki, demokratlar liberal düşüncələrə üstünlük verirlər.”

KONKRET.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev deyib.

R.Sevdimalıyev bildirdi ki, Bayden Avropa müttəfiqləri ilə Trampa qədər olan münasibətləri yenidən bərpa etməyə çalışacaq:

“Bununla Vaşinqton ABŞ-ın Avropa nüfuzunu qaytarmağa cəhd edəcək. Avropanın təhlükəsizliyi kontekstində ABŞ hərbi kontingentinin qitədən çıxarılması gündəmdə olmayacaq. Sözsüz ki, Bayden ilk dövrdə üstünlüyü Amerikanın daxili məsələlərinə yönəldəcək.

Şərq ölkələrindən isə, ABŞ silahlı qüvvələrinin çıxarılması prosesini o vaxt Obama başlayıb. Trampın isə son qərarlarından biri ondan ibarət idi ki, İraq və Əfqanıstanda silahlı qüvvələrin sayı 5 mindən 2 500-ə endirilsin. Mənə elə gəlir ki, bu məsələlər qüvvədə qalacaq və Bayden adıçəkilən ölkələrdə hərbi kontingentinin sayını artırmayacaq.”

Professor düşünür ki, şərq ölkələrində ABŞ hərbi kontingentinin artırılması regionda yeni gərginliyə səbəb ola bilər.

“ABŞ daha çox Rusiya ilə silahların məhdudlaşdırılması haqqında müqavilələrin vaxtını uzatmağa çalışacaq. Bu səbəbdən də Ağ Ev Kreml ilə münasibətləri gərginləşdirməmək üçün Yaxın və Orta Şərqdə hərbi kontingentinin sayını artırmayacaq”-deyə politoloq fikrini yekunlaşdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*