“Sergey Şoyqunun hazırda media fəaliyyəti üçün vaxtı yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun hazırda media fəaliyyəti üçün vaxtı yoxdur,
“Müdafiə nazirinin indi çox işi var. Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. İndi media fəaliyyəti üçün uyğun vaxt deyil”, – deyə Peskov vurğulayıb.
Şoyqunun guya səhhətində problemlərin olması, o cümlədən mətbuatda yayılan xəbərlər barədə Peskov hərbi idarə ilə əlaqə saxlamağı məsləhət görüb.
Xuraman Etibarlı,
KONKRET.az
