“KTMT hələ qılıncını qınından çıxarmayıb” – Sidorovbackend

"KTMT hələ qılıncını qınından çıxarmayıb” – Sidorov

“KTMT hələ qılıncını qınından çıxarmayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu məlumat verib.

“KTMT “hələ qılıncını qınından çıxarmayıb” və Ermənistan – Azərbaycan, eləcə də Qırğızıstan – Tacikistan sərhədlərində gərginliyin kəskinləşməsini sülh yolu ilə həll etməyə çalışır”, – deyə general-polkovnik Anatoli Sidorov deyib.

Onun sözlərinə görə, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Tacikistan-Qırğızıstan sərhədində KTMT üçün xoşagəlməz vəziyyət yaranıb.

“Eyni zamanda bizim nizamnaməmizdə də, sənədlərimizdə də, Kollektiv Təhlükəsizlik Müqaviləsinin özündə də siyasi və diplomatik üsullara üstünlük verildiyi yazılıb. Ona görə də hələlik biz qınından heç bir qılınc çıxartmırıq və məsələləri mümkün qədər sülh yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, bu istiqamətdə işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”, – deyə general-polkovnik bildirib.

“Bu günün əsas vəzifəsi ərazilərə, toqquşmaların baş verdiyi yerlərə: relyef ərazilərinə, yaşayış məntəqələrinə, atəşə məruz qalmış erməni tərəfinin bölmələrinin mövqelərinə baş çəkmək idi… Biz çalışırıq ki, obyektiv olaq, mümkün qədər faktlar üzərində işləyəcəyik. Hələlik hər hansı nəticədən danışmaq tezdir və ümumilikdə bu, işin nəticələrinə dair ümumi hesabata daxil ediləcək”, – deyə missiyanın qabaqcıl qrupunun rəhbəri bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Tahir
    Sentyabr 17, 2022 - 22:49

    Yox əşi !!! “Çıxara bilsə” deməliydin kozyol. Çünki KıTıMıTı- min qılıncının(əgər varsa) qını elə paslanıb ki, nə qədər hıqqınsan da çıxara bilməzsən. Hamısı blef yapmaqda Putindən örnək götürüblər.

  • Fəxrəddin
    Sentyabr 18, 2022 - 01:51

    İvandan. hər şey gözləmək olar, ehtiyatlı oımsq lazımdıt. Bəuəyəm erməni itini üstümüzə hürdürən İvan deyil?

  • Aslan
    Sentyabr 18, 2022 - 05:32

    rusyanın ordusu çox zəyiflədi, qılıncı kütləşdi çıaxrsa nolacaq ki? O qılıncı sidorovun bitərəfinə keçirərik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*