Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…backend

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məhz üçtərəfli bəyanatın imzalanmasının ildönümündə keçirilməsi diqqət çəkir.

Rusiyanın üçtərəfli bəyanatın imzalandığı gün həlak olan hərbçilərinin xatirəsini yad etməsi hansı siyasi mesajı verir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Kopırkinin həlak olan pilotların xatirəsini yad etməsi bütün hallarda Ermənistana ünvanlanmış siyasi mesajdır:

“Rusiya bununla Cənubi Qafqazda hələ də dominant güc olduğunu və mövqeyini qorumaqda israrlı olduğunu göstərməyə çalışır. Ermənistanda son dövrlər Rusiya ilə münasibətlərdə yaşanan gərginliklər fonunda bu addım xüsusi məna daşıyır. Moskva bu mesajlarla Ermənistana təhlükəsizliyinin təminatçısının Rusiya olduğunu xatırlatmaq və bu missiyanı davam etdirmək niyyətində olduğunu nümayiş etdirmək istəyir”.

Politoloq bildirib ki, Rusiya bununla həm də Cənubi Qafqazdakı maraqlarından geri çəkilmək niyyətində olmadığını göstərir:

“Bu baxımdan, sözügedən addım Moskvanın regiondakı rolunu və maraqlarını qorumaq üçün fəaliyyətini davam etdirməyə hazır olduğunun göstəricisi kimi dəyərləndirilə bilər”.

Xatırladaq ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan–Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulub. Ekipaj üzvlərindən ikisi həlak olub, biri yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*