MDP üzvü Vahe Qasparyan Zəngəzur dəhlizinin açılması və Rusiya Federasiyasının Ermənistan ərazisindəki hərəkətləri haqqında danışıb.
KONKRET.az xəbər verir ki, Qasparyan artıq Zəngəzur dəhlizinin Araz çayında tikintisi başlanıldığını bildirib.
- “Artıq Araz çayı üzərində Zəngəzur dəhlizinin tikintisi başlanılıb. Və sənədlərə əsasən demək olar ki, bu yola nəzarət FTX-nin nəzarətində olacaq. Başqa sözlə desək, Ermənistanın suverenliyi burada qorunmayacaq.
- Baxın, bu da sizin sevimli Rusiyanız… Ordusunu Sünikə (Zəngəzur) cəmləyən Rusiya erməniləri müdafiə etmək üçün yox, onları Rusiya-Türkiyə münasibətlərinin ehtiyacları üçün tabe etdirmək məqsəd güdür”, – deyə Qasparyan bildirib.
Aparıcının “mənim bir sevimli tərəfim var, o da Ermənistandır” sözlərinə Qasparyan belə cavab verib:
- “Mən şadam, bizim hamımızın bir sevimli tərəfi olmalıdır və biz başa düşməliyik ki, Rusiya həmişə Ermənistanın düşməni olub, düşmənidir və yenə də olacaq. Son yüz ildə baş verənlər buna sübutdur.
- Əgər rus ordusu Sünikə ermənilərin maraqlarını qorumaq üçün köçürülübsə, qoy onlar azərbaycanlılara Goris-Qapan (Gorus-Qafan) yolunu zəbt etməyə mane olsunlar”.
Aparıcı isə deyib ki, axı bu yolun Azərbaycanın olmasını Nikol Paşinyan elan edib. Qasparyan bunu da cavablandıraraq deyib:
- “Paşinyan nə istəsə deyə bilər. Əgər Rusiya istəmirsə belə olsun, onda Paşinyanla məsələni həll etsin. Ya da Putin Paşinyanla bacarmır. Biz həmişə deyirik ki, Putin güclü rəhbər və bütün postsovet ölkələrinə öz sözünü deyəndir. Amma baxın, Ermənistana gəldikdə, Putin Paşinyanı ağıllandıra bilmir”.
Yenə aparıcı sual verir ki, ölkənin başçısı Paşinyandır, dövlətin qərarlarını o verir və o bəyan edir ki, Vorotan (Şahverdilər və ya Urud kəndi) Azərbaycanındır.
Qasparyan aparıcının bu sualına da cavab verib:
“Bəli, ona görə ki, bunu İlham Əliyev deyir, bunu Vladimir Putin deyir. Putin deyir ki, delimitasiya Rusiya xəritələrinə əsasən aparılmalıdır. Bu xəritələrə görə isə, yolun bir hissəsi Azərbaycan ərazisindən keçir. Nikol Paşinyan onun şefi Vladimir Vladimiroviç Putinin dediyini təkrarlayır. O, Putinin adını da ələ salıb. Elə düz ad qoyub. Çünki indi Putin bütün dünyanın gülüş obyektinə çevrilib.
Elə dünən KTMT-nin iclasında Lukaşenko və Tokayevin etinasız münasibətlərini və mənasız baxışlarını görsəydiniz, başa düşərdiniz ki, hətta KTMT-də Putinə artıq hörmət etmir, inanmır və qorxmurlar”.
Həmin müsahibəni təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
