Küçəyə çıxan bu şəxslərin icazəsi olsa da, cərimələnəcək – RƏSMİ AÇIQLAMA – ÖZƏL FOTOLARbackend

Küçəyə çıxan bu şəxslərin icazəsi olsa da, cərimələnəcək - RƏSMİ AÇIQLAMA - ÖZƏL FOTOLAR

Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu həm hüquqi şəxsə, həm də şəxsi taksilərə aiddir: “Birincisi, istənilən taksinin fərqlənmə nişanı olmalıdır, bu vacibdir. Həmçinin həmin taksi sürücüsü və nəqliyyat vasitəsi barədə məlumatlar portala daxil edilməlidir. Yalnız bu prosesdən sonra həmin taksi fəaliyyət göstərə bilər”.

K.Əliyev bildirib ki, fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələr olmalıdır: “Bəzi sürücülər yalnız iki qarşı oturacağın arasına sellofan çəkmələ işlərini bitmiş hesab edir. Amma bu belə olmamalıdır. Sürücü ilə sərnişinlər arasında tam şəffaf arakəsmələr olmalıdır. Əsas məsələ isə, taksidə sürücü və sərnişinlər qoruyucu maskalardan mütləq istifadə etməlidirlər. Əgər hər hansısa taksidə sürücü və sərnişində maska olmasa, həmin şəxs məsuliyyətə cəlb ediləcək. Sürücü və sərnişinin hərəkət etməyə icazəsi olsa da, maskasızdırsa, o cərimələnəcək”.

  • ceyhun
    İyul 5, 2020 - 04:31

    men gurcusdan vetandawyam bakiya iwlemek meksediyle gelmiwem ve Azerbaycan vetendawliqim yoxdu o sebebde taksi iwlemek ucun icaze ala bilmirem qeyd edim ki afdamabil kaki qeydiyatidir xaiw men komeklik edesiz.?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*