Kuleba vəzifədən öz xoşu ilə getməyib – Ukrayna hakimiyyətində parçalanma?backend

Kuleba vəzifədən öz xoşu ilə getməyib - Ukrayna hakimiyyətində parçalanma?

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba gözlənilmədən istefa verib.

KONKRET.az xəbər verir ki, “Suspilne” nəşri nazirin postunu tərk etməsi ilə bağlı maraqlı iddia ilə çıxış edib.

Nəşr adını açıqlamadığı avropalı diplomatlara istinadən xəbər verib ki, Kuleba könüllü olaraq vəzifədən ayrılmayıb. O, buna məcbur edilib.

Ali Radanın Avropaya inteqrasiya komitəsinin sədri İvanna Klimpuş-Tsinadze bildirib ki, XİN başçısının istefası başadüşülən deyil və bu, hakimiyyət daxilində hər hansı qarşıdurmanın olduğuna işarədir.

Bildirilib ki, Avropa İttifaqı bu dəyişikliyə qarşı olub.

“Economist” jurnalının iddiasına görə, Kulebanı bu vəzifədə hələ aprel ayında onun müavini Andrey Siqiba əvəz etməli imiş, ancaq ABŞ Dövlət Departamenti bunun qarşısını alıb.

Xatırladaq ki, Ali Radada səsvermədən sonra Ukraynanın xarici işlər naziri vəzifəsinə Andrey Siqiba təyin edilib.

Məlik,

KONKRET.az

  • GARACHANTA
    Sentyabr 6, 2024 - 18:14

    Konkret, siz nə vaxtdan Ukraynalılarl bambılı hesab edirsiniz….?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*