13 yaşa qədər uşaqlara sosial şəbəkələrə giriş qadağan edilirbackend

13 yaşa qədər uşaqlara sosial şəbəkələrə giriş qadağan edilir

“13 yaşa qədər heç bir sosial şəbəkə yoxdur. 15 yaşa qədər heç bir şəxsi hesab yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Ursula fon der Layen Strasburqda bəyan edib. Müvafiq qanun layihəsi 17 sentyabr tarixində təqdim ediləcək.

Qanun uşaqların internetdə qorunması üçün yaşa görə mərhələli yanaşma nəzərdə tutur. Məsələn, qanuna görə, 13–15 yaş arası uşaqlar vaxt məhdudiyyəti olan, onlar üçün uyğunlaşdırılmış sosial şəbəkə hesablarından istifadə edə biləcəklər. Belə hesablar valideynlər tərəfindən yaradılmalı və nəzarətdə saxlanılmalıdır.

15–18 yaş arası yeniyetmələr üçün platformalar öz xidmətlərinin təhlükəsiz dizaynını təmin etməli olacaqlar. Bununla yanaşı, uşaqlar üçün təhlükəsizliyi sübut etmək öhdəliyi texnologiya şirkətlərinin üzərinə qoyulacaq.

“Uşaqlar uşaqlıqdan məhrum edilir”, — deyə fon der Layen bildirib. Onun sözlərinə görə, uşaqların hiss etmək, öz qərarlarını qəbul etmək və hətta sadəcə darıxmaq üçün vaxta ehtiyacları var. “Amma uşağın smartfonu varsa, o bunların hamısından məhrum olur”.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*