Güclü külək paytaxtda fəsadsız ötüşməyib.
KONKRET.az ARB-yə istinadla xəbər verir ki, Binəqədi rayonunda yerləşən yaşayış massivinin ərazisində qəzalı vəziyyətdə olan hasar uçaraq 8 avtomobili yararsız hala salıb.
Sakinlər zərərin ödənilməsi ilə bağlı kimə müraciət edəcəklərini bilmədiklərini qeyd ediblər.
