Kürdəmirdə TIR aşdı: Yüklər yolun kənarına dağıldıbackend

Kürdəmirdə TIR aşdı: Yüklər yolun kənarına dağıldı

Kürdəmir rayonunda yük daşıyan TIR aşıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iri tutumlu yük maşını Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə TIR yoldan çıxaraq aşıb və nəqliyyat vasitəsinin qoşqusunda olan yüklər yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*