Türkiyənin məşhur aktrisası Özgü Namalın həyat yoldaşı vəfat edib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əhməd Sərdar Oral ürək tutmasından vəfat edib.
Oralın durumunun pisləşdiyini görən oğlunun dayəsi təcili yardım çağırıb.İnfarkt keçirdiyi məlum olandan sonra onu xəstəxanaya yerləşdiriblər. Bütün müdaxilələrə baxmayaraq, Sərdar Oralın həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə mətbuatı bu durumu Özgü Namalın “Kurtlar Vadisi” serialındakı rolu ilə əlaqələndirib.
Belə ki, Namal Elif Eylül obrazını canlandırdığı serialda sevgilisi Əli Candanı itirmişdi. Onun həyat yoldaşı Sərdar Oral da serialdakı Əli Candan kimi Kanlıca qəbirstanlığında dəfn edilib.
Özgü Namal durumu pis olduğuna görə dəfn mərasiminə qatıla bilməyib.
Dəfnə Namalın “Kurtlar Vadisi” serialında rol alan aktyor yoldaşı Raci Şaşmaz və bir neçə başqa məşhur sima qatılıb.
Qeyd edək ki, Namal dörd il əvvəl sənətdən uzaqlaşaraq, ailəsi ilə birgə şəhər həyatından uzaq həyat yaşamaq qərarına gəlmişdi.

