Kurts ikinci dəfə Avstriya kansleri oldubackend

Kurts ikinci dəfə Avstriya kansleri oldu 

Avstriya Prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurtsun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiq edib. Bununla da Kurtsun kansler kimi  ikinci fəaliyyət dövrü başlayıb.

KONKRET.az xəbər verir ki, bundan əvvəl isə Bellen kansler səlahiyyətlərini müvəqqəti icra edən Birqitt Birlyaynı vəzifəsindən azad edib.

Xatırladaq ki, keçmiş vitse-kansler Haynts-Kristian Ştraxenin İbizada ölkədəki seçkilərə rus milyonçularının müdaxiləsini müzakirə etdiyi qalmaqallı videosu yayıldıqdan sonra Avstriya parlamenti Kurts hökumətinə qarşı etimadsızlıq göstərmiş və onu istefaya göndərmişdi.

“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*